Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərləndi: bir nəfər öldü

9 Dekabr 2019 10:05 (UTC+04:00)

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 31 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az