Qaynanasının evində pəncərədən tullanan qadın ağır yaralandı

9 Dekabr 2019 10:49 (UTC+04:00)

Türkiyənin İsparta şəhərində 2 uşaq anası 36 yaşlı H.Ö qaynanasının yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən özünü atıb.

Ağır yaralanan H.Ö. xəstəxanaya yerləşdirilib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə İstiqlal məhəlləsində baş verib.

H.Ö. əri və 2 uşağı ilə birlikdə qaynanasıgilə gəlib. H.Ö bir müddət sonra, naməlum bir səbəbdən 3 mərtəbəli evin 2-ci mərtəbəsindən özünü atıb.

Bağçada torpağın üstünə düşən qadın ağır yaralanıb. H.Ö-nün yaxınlarının xəbər verməsi ilə hadisə yerinə təcili yardım və polis çağırılıb.

Qadın tibb işçilərinin nəzarəti altında ambulansla xəstəxanaya çatdırılıb.

Polis olayla bağlı araşdırmalara başlayıb.

Səidə Vahid

AzNews.az