Bu ölkənin tarixi yenidən yazılacaq

22 May 2013 18:29 (UTC+04:00)



Alimlər Avstraliyada Afrikalı Kilva Sultanlığına aid 900-cü illərdən qalma beş pulun, ölkə tarixini dəyişdirəcəyini söyləyir.

Yazılı tarixi 1606-cı ildə Hollandiyalı bir dənizçinin ziyarəti ilə başlayan Avstraliyanın tarixi yenidən yazılacaq.

Alimlər ölkənin tarixinin daha qədim olduğunu tədqiq etməyə başlayıblar.

Qitədə 1940-cı illərdə tapılan Afrika mənşəli mis pullar araşdırılır. ABŞ-dakı İndiana Universiteti bu pulların minlərlə kilometr kənardan Hind Okeanının digər tərəfindəki Avstraliyaya necə çatmasını araşdırır.

Pullar II Dünya Müharibəsində Mauri İsenberq adlı bir əsgər tərəfindən, ölkənin şimalında, o zamanlar həyatın olmadığı Vessel Adalarında tapılıb. Sonra bu pullar 1979-cu ildə Avstraliya Muzeyinə göndərilib. Avstraliyalı əsgər pulları illər əvvəl qumların altından çıxarıb.

13-16-cı əsrlərdə Hindistanla ticarət edən Afrikalı Kilva Sultanlığına aid olan pulların Avstraliyaya necə gəldiyini araşdırmaq üçün Makintoş iyulda qrupu ilə birlikdə bölgəyə səfər edəcək. Makintoşun aparacağı araşdırmadan sonra, ölkə tarixinin yenidən yazılması irəli sürülür.//xezerxeber//


AzNews.az