Hövsanda avtomobil piyadanı vuraraq öldürüb

9 Dekabr 2019 13:21 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 1946-cı il təvəllüdlü Ələkbərov Sahib Əhməd oğlunu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az