Bakıda möhtəşəm ticarət mərkəzi tikilir – FOTO

9 Dekabr 2019 15:38 (UTC+04:00)

Bakıda ümumi sahəsi 280 min kvadrat metr olan “The Pasha Baku City Mall” müasir ticarət mərkəzi inşa ediləcək.

Bu barədə məlumat memarlıq sahəsi üzrə xidmət göstərən “DLR Group” dizayner şirkətinin saytında yerləşdirilib.

Məlumata əsasən, kompleks “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində inşa ediləcək.

“The Pasha Baku City Mall” əyləncə mərkəzləri, hipermarket, mağazalar, kafe və restoranlardan ibarət bir kompleksi özündə birləşdirəcək.

Kompleksin Azərbaycanın ən mühüm ticarət və əyləncə mərkəzi olacağı ehtimal edilir.

AzNews.az