WADA-nın Rusiya ilə bağlı qərarı futbol üzrə dünya çempionatına da şamil olunacaq

9 Dekabr 2019 17:51 (UTC+04:00)

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya milli komandasının futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı suala aydınlıq gətirib.

Qurumun Uyğunluq üzrə komitəsinin rəhbəri Conatan Teylor dünya çempionatlarına qatılmaqla bağlı 4 illik qadağanın futbola da şamil olunacağını bildirib.

Onun sözlərinə görə, Rusiya millisi DÇ-2022-nin seçmə mərhələsində yalnız neytral statusla iştirak edəcək: “Mən bilmirəm ki, onlar seçmə mərhələni keçə biləcək, ya yox. Amma istənilən halda, onlar neytral bayraq altında çıxış iştirak etməlidir. Bütün idman növləri üçün şərtlər eynidir. Ölkənin bayrağı olmadan, himnsiz”.

Qeyd edək ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək, Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilib.

AzNews.az