Maqnus Karlsen tarixi uğura imza atdı

9 Dekabr 2019 18:05 (UTC+04:00)

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen başa çatmaqda olan 2019-cu il ərzində tarixi uğura imza atıb.

M.Karlsen keçirdiyi 79 klassik partiyanın heç birində məğlub olmayıb. Bu, onun karyerası ərzində bir ilkdir.

Şahmatçı 79 partiyada 32 qələbə və 47 heç-heçə edib. O, bunadək ən yaxşı nəticəni 2012-ci və 2018-ci illərdə göstərib. Həmin illərdə Karlsen il ərzində cəmi iki dəfə məğlub olub.(AZƏRTAC)

AzNews.az