Tərtər sakini ağzından güllələndi

9 Dekabr 2019 21:28 (UTC+04:00)

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oğlu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az