Bakıda maşın gölməçədə batdı, sürücü...

9 Dekabr 2019 21:40 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

AzNews.az