Keçmiş sevgilisinə görə rəfiqəsini "sildi"

10 Dekabr 2019 09:59 (UTC+04:00)

Aktrisa Dilan Çiçek Dəniz və rəfiqəsi Aybüke Pusatın araları dəyib.

AzNews.az xəbər verir ki, 2014-cü ildə keçirilən gözəllik yarışmasında tanış olub, dostlaşan sənətçilərin münasibətinin pozulmasına səbəb aktyor Furkan Andıç olub. Belə ki, Dilan Çiçeyin 1 il sevgili olub ayrıldığı Furkan daha sonra Aybüke ilə eşq yaşamağa başlayıb.

Dilan keçmiş sevgilisi ilə yaxın dostunun sevgili olduğunu öyrəndikdən sonra Aybükeni İnstagram hesabında izləmədən çıxarıb.

Aynur

AzNews.az