11-ci Beynəlxalq Türkcə Olimpiadaları başlayır

22 May 2013 20:05 (UTC+04:00)


Uluslararası Türkcə Dərnəyi tərəfindən "Beynəlxalq Dil və Mədəniyyət Festivalı" çərçivəsində təşkil edilən 11-ci Beynəlxalq Türkcə Olimpiadaları və Mədəniyyət Şənliyi, cari il "Qlobal Sülhə doğru" şüarı ilə başlayır.

Türkcə Olimpiadaları, İstanbul Atatürk Olimpia Stadionunda keçiriləcək mətbuat toplantısı ilə start götürəcək.

İyunun 16-nadək davam edəcək Beynəlxalq Dil və Mədəniyyət Festivalı tədbirləri, 140 ölkədən 2 min finalçının iştirakı ilə Türkiyə səviyyəsində 55 vilayət və 99 səhnədə keçiriləcək.//xezerxeber//

AzNews.az