Aramızdan daha bir Xalq artisti getdi

10 Dekabr 2019 10:49 (UTC+04:00)

Azərbaycan kino sənətinə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, kinorejissor, xalq artisti Yalçın Əfəndiyev dünyasını dəyişib.

Qeyd edək ki, Yalçın Əfəndiyev rejissor kimi adını Azərbaycan kinosu tarixinə “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Dostluğun təntənəsi, “Ovçu, vurma məni”, “Sənin həyat mövqeyin”, “Azərbaycan İncəsənəti”, “Hikmətli miniatürlər”, “Ağrılı yaddaş”, “İrsimizin sorağında” sənədli və bədii filmləri ilə yazıb.

Bahar RÜSTƏMLİ

AzNews.az