Fədayə Laçından gözlənilməz addım - VİDEO

10 Dekabr 2019 11:00 (UTC+04:00)

Müğənni Tacir Şahmalıoğlu ilə duetləri ilə məşhurlaşan müğənni Fədayə Laçın gözlənilməz addım atıb.

AzNews.az xəbər verir ki, azadlığa çıxdıqdan sonra demək olar ki, hər gün efirlərə dəvət alan sənətçi bu dəfə ARB-nin "Söhbət var" proqramının qonağı olub.

Sənətçi verilişə adəti üzrə qəzəlxan oğlu Əlhəm Dəşti ilə təşrif buyurub. Verilişin digər qonağı Manaf Ağayev olub. Üçlük proqramda canlı ifa nümayiş etdirib. Manaf Ağayevlə Fədayə Laçının muğam ifasına Əlhəm Dilqəş qəzəllə cavab verib.

Üçlüyün canlı ifasını təqdim edirik:

Aynur

AzNews.az