Çexiyada baş verən atışmada ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB

10 Dekabr 2019 12:56 (UTC+04:00)

Çexiyada xəstəxanada baş verən atışmada ölənlərin sayı artıb.

“Sky News”a istinadən verilən xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

12:12

Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.

"Deutsche Welle"yə istinadən verilən xəbərə görə, faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib.

Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.

Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir. (APA)

AzNews.az