Zelenski rusiyalı jurnalistləri Ukraynaya dəvət etdi

10 Dekabr 2019 14:16 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki vəziyyəti şəxsən dəyərləndirə bilmələri üçün rusiyalı jurnalistləri Ukraynaya dəvət edib.

Bu təklifi o, Parisdəki “Normandiya formatı” sammitindən sonra səsləndirib.

Zelenski Rusiya KİV-lərinin Ukraynadakı hadisələri hazırkı formada işıqlandırmasından məmnun olmadığını qeyd edib. (Axar.az)

AzNews.az