Məşhur türk müğənnisi Merve Özbeyin başına bədbəxt hadisə gəlib.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Özbey yeni evinin pilləkənlərindən yıxılıb. Sağ ayaq barmaqlarında təhlükəli 2 qırıq yaranan Merve Özbey əməliyyat olunacaq.
Merve Özbey Kenan Koçak ilə keçən bazar nişanlanıb. Nişanı evində edən Özbey “Instagram”dan fotolar paylaşıb.
Qeyd edək ki, məşhur cütlük 19 yanvar 2020-ci ildə nikah masasına oturacaq.
Səidə Vahid
AzNews.az