Elçibəyin silahdaşı parlament seçkilərinə qatılır

10 Dekabr 2019 18:34 (UTC+04:00)

Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezidenti Əbülfəz Elçibəyin silahdaşları da 9 fevral parlament seçkilərinə qatılmağı düşünür.

Birləşmiş Azərbaycan Yurdları (BAY) Ocağı başqanı Cahandar Bayoğlu 9 fevralda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Cahandar Bayoğlu xalq hərəkatının fəallarından, AXC-nin qurucularından biri olub. Bütöv Azərbaycan Birliyində Elçibəyin müavini postunu tutub. Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb.

Siyasi cameədə o, Elçibəy ideya-siyasi xəttinə sadiq şəxs kimi tanınır.(cebhe.info)

AzNews.az