Yanğından 15 nəfər xilas edildi

22 May 2013 21:07 (UTC+04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Dəmir Yol İdarəsinin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, idarənin Bakının Nəsimi rayonunda yerləşən 5 mərtəbəli binasının yarımzirzəmisində yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürmə qüvvələri və xilasediciləri cəlb edilib. Binanın üst mərtəbələrində qalmış 15 nəfər xilas edilib. Hadisə nəticəsində binanın yarımzirzəmisindəki otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb.

Bina yanğından mühafizə edilib.

AzNews.az