Gənc qadın yol qəzasının qurbanı oldu

10 Dekabr 2019 19:50 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakıda məskunlaşan məcburi köçkün Qarayev Təvəkkül Hümbət oğlu idarə etdiyi "Mercedes" markalı 99 UH 814 dövlət nömrə nişanlı avtomobilllə Ukrayna dairəsində hərəkətdə olarkən yolu keçən, 1984-cü il təvəllüdlü Mehtiyeva Könül Bəxtiyar qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az