“Taliban” 40 qəbilə ağsaqqalını oğurladı

10 Dekabr 2019 20:15 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Cauzcan əyalətində “Taliban” terror təşkilatının silahlıları 40 nəfər qəbilə ağsaqqalını oğurlayıb.

Hadisə ağsaqqallar dəfn mərasimində iştirak edərkən baş verib.

Hazırda həmin şəxslərin azad edilməsi üçün tədbirlər görülür.

Digər təfərrüatlar məlum deyil.(trend.az)

AzNews.az