Trampa qarşı ittihamlar yalandır - Ağ Ev

10 Dekabr 2019 21:35 (UTC+04:00)

Ağ Evdə hesab edirlər ki, impiçment proseduru çərçivəsində ABŞ prezidenti Donald Trampa qarşı irəli sürülmüş iki maddə dövlət başçısının nüfuzuna təsir etməyəcək.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ administrasiyasından bildirilib.

Ağ Evdən bildirilib ki, prezident əleyhinə bütün ittihamlar yalan və əsassızdır. Bütün bunlar Tramp hakimiyyətini yıxmaq üçün edilib.

“Demokratlar çoxdan istəyirdilər ki, 63 milyonluq amerikalının seçimini ləğv etsinlər”, - deyə bəyanatda qeyd edilir.(report.az)

AzNews.az