Portuqaliyada 10 mindən çox qadın futbolçu var

10 Dekabr 2019 22:00 (UTC+04:00)

Portuqaliya Futbol Federasiyası (FPF) qadın futbolu və mini futbolla məşğul olan 10 028 qadın qeydə alıb.

Futbolda 6020, mini futbolda 4008 qadın futbolçu qeydə alınıb. Beləliklə, futbolda təmsil olunan qadınların sayı son on ildə, demək olar, iki dəfə artıb.

FPF-nin qadın futbolu üzrə direktoru Monik Xorxenin sözlərinə görə, Portuqaliyada indiyədək bu qədər futbol və mini futbol oynayan qadın olmayıb. Hazırda getdikcə daha çox klub bütün ölkə boyu qadınlardan ibarət komandalar yaratmağa maraq göstərir.(AZƏRTAC)

AzNews.az