Yaponiya sahillərində güclü zəlzələ

10 Dekabr 2019 23:50 (UTC+04:00)

Yaponiyanın İdzu adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Tokiodan 580 kilometr cənubda, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.(trend.az)

AzNews.az