Prezident Mədət Quliyevə yeni vəzifə verdi - Sərəncam

10 Dekabr 2019 23:54 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Komissiyanın həmsədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri general-polkovnik Mədət Quliyevdir.

AzNews.az