51 yaşlı qadını qohumları döydü

11 Dekabr 2019 00:00 (UTC+04:00)

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Elmira İsrafil qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Qadının sözlərinə görə, onu qohumları döyüb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az