Vaşinqtonda Tramp Lavrovla görüşdü

11 Dekabr 2019 08:30 (UTC+04:00)

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib.

Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.

Rusiya XİN rəhbəri ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.

AzNews.az