Ağdamda fərdi yaşayış evində partlayış: xəsarət alan var

11 Dekabr 2019 09:08 (UTC+04:00)

Ağdamda qaz sızması nəticəsində yaşayış evində partlayış olub.

Partlayış rayonun Quzanlı qəsəbə sakini Nuriyev Alim Aləm oğluna məxsus evdə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış sonradan yanğınla müşahidə olunub. Nəticədə A.Nuriyevin həyat yoldaşı, 1992-ci il təvəllüdlü rayon sakini Röyalə Nuriyeva yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az