Trampın planları pozuldu – Pentaqonun büdcəsinə toxuna bilməyəcək

11 Dekabr 2019 10:51 (UTC+04:00)

El Pasonun federal hakimi David Briones ABŞ prezidenti Donald Tramp administrasiyasının Meksika ilə sərhəddə divar ucaltmaq üçün Pentaqonun büdcəsindən 3,6 milyard dollar sərf etməsinə icazə vermədi.

Bu barədə AzNews.az “The Washington Post”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ağ Evin divarın tikintisi üçün fövqəladə vəziyyət elan etməklə vəsait ayırması cəhdi qanunsuz hesab edilib.

Qeyd olunur ki, tikintini qadağan etməyi tələb edən iddiaçılar El Paso dairəsi və “Border Network for Human Rights” təşkilatıdır.

Məlumata əsasən, məhkəmə qərarı ilə divarın tikilməsi üçün vəsaitlərin yenidən bölüşdürülməsinə daimi qadağa qoyulur.

AzNews.az