Tramp Rusiyanı ABŞ-ı dəstəkləməyə çağırıb

11 Dekabr 2019 12:36 (UTC+04:00)

“Amerika prezidenti Donald Tramp Moskvanı İranın nüvə silahının inkişaf etməsinin qarşısını almaq və Koreya yarımadasında denuklearizasiya (red.-nüvə tərksilahı aparmaq) ilə bağlı səylərini dəstəkləməyə çağırıb”.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat xidmətinin nümayəndəsi Cad Dir (Judd Deere) Trampın Oval ofisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünə dair bəyanatında deyib.

Bəyanatda bildirilir ki, Tramp effektiv qlobal silahlara nəzarətlə bağlı səylərinin təkcə Rusiyanı deyil, Çini də əhatə etdiyini vurğulayıb.

Pərvanə

AzNews.az