Azərbaycanlı məşqçi hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb

11 Dekabr 2019 13:29 (UTC+04:00)

AFFA “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevi cəzalandırıb.

I divizion təmsilçisinin çalışdırıcısı barədə qərarı İntizam Komitəsi çıxarıb.

Qurum E.Dərgagquliyevin XIII turun “Keşlə-2” ilə matçındakı hərəkətlərinə hüquqi qiymət verib. Hakimə qarşı təhqiredici ifadələr işlədən baş məşqçi 5 oyunluq diskvalifikasiya olunub. Bu səbəbdən klub 400 manat cərimə olunub. (ApaSport)

AzNews.az