Sərdar Cəlaloğlu namizədliyini irəli sürəcəyi dairəni açıqladı

11 Dekabr 2019 14:28 (UTC+04:00)

Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AzNews.az xəbər verir ki, partiyanın sədri Sərdar Cəlaloğlu namizədlərin siyahısının hazır olduğunu deyib.

O, öz namizədliyini irəli sürəcəyi dairənin də adını açıqlayıb: "Namizədliyimi 15 saylı Yasamal I seçki dairəsindən irəli sürəcəm".

Qeyd edək ki, hazırda 15 saylı Yasamal I seçki dairəsinin deputatı Ülvi Zahid oğlu Quliyevdir.

Bahar RÜSTƏMLİ

AzNews.az