PKK-ya kömək edən 17 nəfər saxlanıldı

11 Dekabr 2019 14:53 (UTC+04:00)

Türkiyənin Diyarbəkir şəhərində həyata keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına kömək etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Jandarm qüvvələrinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin terror təşkilatına üzvlər toplamaqda, terrorçulara maddi yardım göstərməkdə və saxta şəxsiyyət vəsiqələri hazırlamaqda ittiham olunurlar.

AzNews.az