Aİ sabah Rusiya ilə bağlı qərar verəcək

11 Dekabr 2019 16:58 (UTC+04:00)

Avropa İttifaqına üzv ölkələr dekabrın 12-də Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa hazırlaşırlar.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “Bloomberg”ə adının çəkilməyini istəməyən mənbə xəbər verib.

Qeyd edək ki, söhbət təsir müddəti 2020-ci ilin 31 yanvar tarixində bitən iqtisadi tədbirlər paketindən gedir. Bu sanksiyalar paketini adətən yarım il müddətinə uzadırlar.

Qeyd edək ki, Brüssel sonuncu dəfə onu cari ilin yayında uzadıb.