İsveçrədə yeni prezident seçildi

11 Dekabr 2019 17:11 (UTC+04:00)

İsveçrə parlamentinin hər iki palatası nəqliyyat məsələləri üzrə Federal Departamentin (nazirlik) rəhbəri Simonetta Sommaruqanı 2020-ci il üçün ölkənin prezidenti seçib.

AzNews.az-ın məlumatına əsasən, seçkilər çərşənbə günü Federal Məclisin (parlamentin) iki palatasının birgə iclasında keçirilib, səsvermənin gedişi parlamentin saytında onlayn rejimdə yayımlanıb.

Siyasətçi 2010 - cu ildən Federal Şuranın üzvüdür, 2015-ci ildə isə o, artıq ölkənin prezidenti olub.

Qeyd edək ki, Sommaruq 2019-cu il 1 yanvar tarixindən İsveçrə federal müşaviri və vitse-prezidenti vəzifəsində çalışıb.

Gələn il vitse-prezident isə iqtisadiyyat, elm və təhsil üzrə Federal Departamentinin rəhbəri Gi Parmelan olacaq.

AzNews.az