AŞPA növbədənkənar parlament seçkilərini müşahidə edəcək

11 Dekabr 2019 18:05 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.

Bu barədə AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".(report.az)

AzNews.az