Moskvada havaya atəş açan azərbaycanlı həbs olundu

23 May 2013 07:32 (UTC+04:00)


Bu qərarı Moskvanın Tver rayon məhkəməsi çıxarıb.
Səbəb gəncin ictimai asayişi pozmasıdır. Belə ki, adı açıqlanmayan gəncin avtomobilində olarkən havaya 3 güllə atdığı və ərtafdakıları qorxutduğu əsas gətirilir.

Qeyd edək ki, hadisə baş verən gün gəncin atəş açması barədə məlumatı polisə sakinlər verib. Daha sonra polis "Porche Cayenne" və "Volkswagen Multiwan" markalı maşınlarını sakinlərin təsvir etdiyi əlamətlərə uyun gəldiyinə görə saxlayıb.

Maşınların 44 yaşlı Azərbaycan soyadlı şəxsin adına qeydiyyata alındığı məlum olub. Daha sonra məlum olub ki, maşında 18-19 yaşlı 5 nəfər olub. Beləliklə də polis gənclərdən birinin havaya atəş açdığını müəyyən edərək onu saxlayıb.

Elnarə
AzNews.az