AŞPA-nın həmməruzəçiləri Azərbaycana gələcək

11 Dekabr 2019 19:48 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək.

Bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak məlumat verib.

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq. Seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkilər müşahidə edəcəyik".

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.(report.az)

AzNews.az