Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırdı

11 Dekabr 2019 21:30 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib.

Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.(report.az)

AzNews.az