Pentaqon rəhbəri Rusiyanın Suriyadakı hərbi iştirakını genişləndirdiyini bildirdi

11 Dekabr 2019 21:42 (UTC+04:00)

“Rusiyanın Suriyadakı hərbi fəaliyyətini son bir ay yarım ərzində genişlənib, lakin ABŞ praktik olaraq bundan narahat deyil”.

TASS xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper çərşənbə günü Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsində keçirilən iclasda çıxışı zamanı bildirib.

Pentaqon rəhbəri Rusiyanın daha çox Misir, Səudiyyə Ərəbistanı və regionun digər ərazilərində genişlənməsindən narahat olduğunu vurğulayıb.

"Daha ciddi məsələ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdir" - deyə, Esper əlavə edib.(apa.az)

AzNews.az