Ərdoğan rusiyalı həmkarı ilə telefonla danışdı

11 Dekabr 2019 22:33 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilir.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - deyə açıqlamada bildirilir.(report.az)

AzNews.az