Bakıda mənzildən qadın meyiti tapıldı

11 Dekabr 2019 23:10 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Hüseynova Esmira Vaqif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az