Londonda terrorçuluqda şübhəli bilinən şəxs həbs edildi

11 Dekabr 2019 23:48 (UTC+04:00)

Britaniyanın paytaxtı Londonun Luton hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Skotlend-Yardın “Twitter”dəki səhifəsində bildirilir.

"Polisin Antiterror komandanlığının xəfiyyələri Lutonda terrorçuluqda iştirakda şübhəli bilinən 25 yaşlı kişini həbs edib", - deyə xəbərdə qeyd edilir.

Qeyd edilir ki, o, Cənubi Londondakı polis bölməsinə aparılıb.(report.az)

AzNews.az