Bakıda yaşayış binasında yanğın: 70 sakin təxliyə edildi

12 Dekabr 2019 09:22 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az