İstiqlal Muzeyindən növbəti sərgi - "Ümummilli lider Heydər Əliyev xatirələrdə"

12 Dekabr 2019 10:00 (UTC+04:00)

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə şəxsi heyətə Ümummilli Liderin fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğu “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.

Sonda hərbçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Bahar

AzNews.az