Vəfadan hər kəsi üzən paylaşım: "Yollarımız çox tez ayrıldı" - FOTO

12 Dekabr 2019 10:36 (UTC+04:00)

Əməkdar artist Vəfa Zeynalova sosial media hesabında bir neçə gün əvvəl dünyasını dəyişən qardaşından yazıb.

AzNews.az xəbər verir ki, aktrisa qardaşının ölümü ilə bağlı üzüntüsünü izləyiciləri ilə bölüşüb:

"Yollarımız çox tez ayrıldı. Tək təsəllim getdiyin yerin buradan daha gözəl olmasıdır, qardaşım".

Qeyd edək ki, aktrisanın qardaşı 45 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

AzNews.az