Bu asteroidlər Yeri məhv edəcək - Alim

12 Dekabr 2019 10:29 (UTC+04:00)

100 milyon ildən bir Yerə düşən asteroidlər sivilizasiyanı məhv edə bilər.

Bunu rusiyalı alim, “Roskosmos”un əməkdaşı İqor Bakaras deyib.

Alimin sözlərinə görə, məhz 65 milyon il əvvəl dinozavrlar bu cür asteroid və kometlərə görə məhv olub. Meksikanın cənub sahillərindəki 300 kilometrlik Çiksulub krateri bunun sübutudur.

Bakaras qeyd edib ki, hətta diametri 1 kilometrə çatan balaca asteroidlər belə qlobal faciəyə gətirib çıxara bilər. (Axar.az)

AzNews.az