Türkiyədə 4.9 bal gücündə zəlzələ oldu

12 Dekabr 2019 10:44 (UTC+04:00)

Türkiyənin Akdeniz bölgəsində Girit adası yaxınlarında 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 06.05-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinliyindədir.

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.

AzNews.az