Türkiyədə 103 məktəbli zəhərləndi

12 Dekabr 2019 12:21 (UTC+04:00)

Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Osmancık ilçəsində yerləşən yataqxanada qeydə alınıb.

İlkin məlumatlara görə, zəhərlənməyə səbəb karbonmonoksid qazı səbəb olub.

Zəhərlənən 103 məktəbli xəstəxanaya yerləşdirilib.

Çorum valisi Mustafa Çiftci məlumatları təsdiqləyib. Beş tələbənin reanimasiya şöbəsində müalicə olunduğunu bildirib.

Pərvanə

AzNews.az