Bakıda avtobus qəzası: ölən var

23 May 2013 08:15 (UTC+04:00)



Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi şosesində qeydə alınıb. Aslan Əliyev idarə etdiyi "Daewoo" markalı 161 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə yolu keçən 2 nəfər piyadanı vurub.

Nəticədə 1961-ci il təvəllüdlü Balabəy Qasımov hadisə yerində ölüb. Digər piyada 1971-ci il təvəllüdlü Xanbala Mirzəyev isə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

AzNews.az