Tahir Kərimli də namizəd oldu

12 Dekabr 2019 15:44 (UTC+04:00)

Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib.

Bu barədə AzNews.az-a partiyadan məlumat verilib. Məlumata görə, bu gün Baş Məclisin iclası keçirilib.

İclasda Tahir Kərimlinin namizədliyi irəli sürülüb. Bundan əlavə digər namizədlərin Partiyanın Siyasi Şurası tərəfində müəyyən edilməsi, 18 nəfərdən ibarət səlahiyyətli nümayəndələrin və 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin ayrılması barədə qərar qəbul edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az